News
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 79 xəstə sağalıb
Apr 21, 2020 | 08:55 / Important events
Read 593 time (-s)

Azərbaycanda son 24 saatda 38 nəfərdə koronavirus aşkarlanıb, 79 nəfər isə sağalıb.

Azərbaycanda son 24 saat ərzində 38 yeni koronavirus (Covid-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 79 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu rəqəm aprelin 19-də 25, 18-də isə 33 olub.

Azərbaycanda indiyədək 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Yoluxanlardan 791 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan test sayı 90 minə çatıb.

JOURNALS
Useful links