News
Photo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda magistrantlar onlayn formada elmi-pedaqoji təcrübələrini və dərslərini davam etdirirlər.
Apr 18, 2020 | 12:07 / Conferences, assemblies
Read 4428 time (-s)

Məlum olduğu kimi koronavirus epidemiyasının (COVID-19) yayılmasının qarşısının alınması üçün Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunmuş və tədris prosesi aprelin 20-dək dayandırılmışdır. Bunu nəzərə alaraq AMEA magistrantları üçün təhsil prosesinin fasiləsizliyini və tədris olunan fənlərin nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamının icrasını təmin etmək üçün AMEA-nın magistr təhsili verən bütün institutlarında, o cümlədən də Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantlar üçün dərslər onlayn formada başlanılmış və hazırda davam etdirilir.

Hazırda institutda 6 ixtisas üzrə, o cümlədən "Qeyri-üzvi kimya", "Kimyəvi kinetika və kataliz","Fiziki-kimya", “Yüksəkmolekull birləşmələr kimyası”, “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” və “Kompozisiya materialları kimyası”  təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan fənlər üzrə dərslərin onlayn rejimdə tədrisi davam etdirilir.

İkinci kurs magistrantlar isə elmi-pedaqoji təcrübə keçirlər. "Qeyri-üzvi kimya" ixtisası üzrə  Həsənov Gündüz ,"Yüksəkmolekullu birləşmələr kimyası" ixtisası üzrə Quliyeva Cəmilə, "Fiziki kimya" ixtisası üzrə Abışova Nuray, "Kimyəvi kinetika və kataliz" ixtisası üzrə Rəhimzadə Telli, "Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi" ixtisası üzrə Rüstəmli Xədicə, eləcədə Polimer Materialları İnstitutudan "Yüksəkmolekullu birləşmələrin kimyası" ixtisası üzrə Quliyev Röyal  və  "Kompozisiya materiallarının kimyası və texnologiyası" ixtisası üzrə  Şərbətli Sevil, həmçinin Radiasiya Problemləri İnstitutundan "Təbii və fizioloji maddələr kimyası" ixtisası üzrə Ağayeva Əfsanə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda elmi-pedaqoji təcrübədə olmaqla I kurs magistrlərə onlayn dərslər keçir. Eləcə də II kurs magistrantlar dissertasiya işlərinin üzərində işləyirlər.

Magistrantların elmi rəhbərləri onların keçirdikləri dərslərə onlayn qoşulur, həm tərdis prosesinin incəlikləri, həm də dissertasiya işlərinin yekunlaşdırılması üçün öz elmi-metodiki məsləhətlərini verirlər.

JOURNALS
Useful links