News
PhotoVideo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantlarnın dərsləri onlayn davam etdirilir.
Apr 03, 2020 | 10:00 / Conferences, assemblies
Read 2795 time (-s)

Koronavirus epidemiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycanda tədris prosesinin aprelin 20-dək dayandırıldığını nəzərə alaraq AMEA magistrantları üçün təhsil prosesinin müəyyən olunmuş qaydada keçirilməsini və tədris olunan fənlərin nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamının icrasını təmin etmək üçün AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I kurs magistrantları üçün dərslər onlayn formada davam etdirilir.

Bu məqsədlə institutun magistraturasında tədris prosesinə cəlb olunmuş professor-müəllim heyəti tərəfindən "Qeyri-üzvi kimya", "Kimyəvi kinetika və kataliz", " Fiziki-kimya", “Yüksəkmolekull birləşmələr   kimyası”, “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” və  “Kompozisiya materialları kimyası” ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan fənlər üzrə dərslər müvafiq semester üçün qəbul edilmiş cədvələ uyğun olaraq onlayn rejimdə tədris olunur.

İkinci kurs magistrantlar isə elmi-pedaqoji təcrübə keçirlər. Təcrübə məqsədi ilə ikinci kurs magistrantlar ixtisaslarına uyğun müəllimlərin birinci kurslardakı tədris prosesinə onlayn olaraq qoşulurlar, eləcə də, onlara elmi rəhbərlər tərəfindən  dissertasiya işinin yekunlaşdırılması üçün məsləhət saatları təşkil edilib.

JOURNALS
Useful links