News
Photo
Elmi Şurada 8-Mart Beynəlxalq qadınlar günü münasibətilə İnstitutda işləyən qadın əməkdaşlar təbrik edilib
Mar 06, 2020 | 11:10 / Conferences, assemblies
Read 4462 time (-s)

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir. İclası AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev açdı. Öncə akademik Dilqəm Tağıyev 8-Mart Beynəlxalq qadınlar günü münasibətilə İnstitutda işləyən qadın əməkdaşları Elmi Şura adından təbrik edərək, onlara can sağlığı və işlərində uğurlar arzulayıb. Sonra akademik gündəlikdə duran məsələlərlə Elmi Şuranın üzvlərini tanış etdi və bildirdi ki, ilk məsələ fəlsəfə doktorluğu üzrə doktoranturaya qəbul olunanların təsdiqidir. Məsələ ilə bağlı akademik Dilqəm Tağıyev qeyd etdi ki, bu il qəbul planına uyğun olaraq institutun doktoranturasına fəlsəfə doktorluğu hazırlığı üzrə  4 nəfər müvəffəq qiymət alaraq qəbul olunub. Sonra,  fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunmuş doktorantların mövzuları elmi rəhbər və məsləhətçilərin iştirakı ilə müzakirə olunaraq təsdiq olundu. Akademik Dilqəm Tağıyev təklif olunan mövzularla bağlı təklif və tövsiyələrini verdi.

Sonra gündəlikdə duran digər məsələlər müzakirə edildi və müvafiq qərarlar qəbul edildi.

JOURNALS
Useful links