News
MDU-nin alimləri mineral "molekulyar qapıların" işləmə mexanizmini öyrəndilər
Mar 02, 2020 | 09:55 / Interesting information
Read 3296 time (-s)

Bir neçə il əvvəl avstraliyalı alimlər, belə bir fərziyyə irəli sürdülər ki, CO2-nun molekulları metalların kationları ilə qarşılıqlı təsiri nəticəsində seolitlərin içərisinə daxil olur, bu isə seolitin strukturunda onların vəziyyətini dəyişdirir.

Kvant molekulyar dinamika metodundan istifadə edən rusiyalı tədqiqatçılar avstraliyalı alimlərin səhv etdiyini aşkar etdilər.

MDU-nin Mexanika elmi tədqiqat institutunun elmi işçisi İlya Bruxanov dedi: "Bizim hesablamalara görə, əsas rolu otaq temperaturunda karbon qazının hidrolizi nəticəsində yaranan karbonat anionları oynayır.

Aşkar edilmiş mexanizm, geniş diapozonlu məsaməli sistemlər üçün dəqiq adsorbsiya modellərini yaratmağa və həm seolitlər, həm də yeni yaradılan materiallar tərəfindən CO2-nun udulmasının mümkün olan anomaliyalarını qabaqçadan xəbər verməyə imkan verəcəkdir.

Tədqiqatların nəticələri Journal of Physical Chemistry Letters nəşriyyatında dərc edilib.

JOURNALS
Useful links