News
Elektrokatalitik reaksiyaların səmərəliliyini artıran üsul tapıldı
Feb 17, 2020 | 14:56 / Interesting information
Read 2844 time (-s)

Bəzi reaksiyaları aparmaq üçün elektrokatalizdən istifadə olunur. Bu üsul eyni vaxtda kimyəvi prosesi sürətləndirən katalizatordan istifadə etməyə və reaksiya mühitindən elektrik cərəyanını keçirməyə imkan verir. 

Adətən, bu vəziyyətdə katalizator kimi ya elektrodun metalı, ya da onun üzərinə çəkilmiş müəyyən bir birləşmənin hissəcikləri iştirak edir. Lakin elektrik cərəyanının daimi təsiri səbəbindən katalitik materialların quruluşu dəyişə bilər və bunun nəticəsində onların fiziki-kimyəvi xassələri də dəyişir.

Şimal-Qərb Universitetindən və Çinin Elm və Texnologiya Universitetindən bir qrup alimlər, katalizator hissəciklərinin məhlul içərisində olduğu və yalnız elektrodlarla təsadüfən toqquşması zamanı mexaniki stress keçirə biləcək bir sistem yarada bildilər. Təcrübələrə görə, yeni qurğu katalizatorların və elektrodların işləmə müddətini uzatmağa imkan verməklə yanaşı, həm də yüksək effektivliyə malikdir.

İşin nəticələri məqalə şəklində CCS Chemistry jurnalında dərc edilib.

JOURNALS
Useful links