News
Photo
Dekabrın 12-də AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Dec 12, 2019 | 12:46 / Conferences, assemblies
Read 4331 time (-s)

Əvvəlcə ulu öndər  Heydər Əliyevin əziz xatirəsi yad edilib.Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin adı xalqımızın yaddaşına əbədi həkk olunub. Bütün ömrünü Azərbaycan xalqının firavan həyatına, dövlətimizin möhkəmlənməsinə həsr edən Ümummilli Liderimiz öz əməli, fəaliyyəti, dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri ilə əsl dövlət xadimi, dahi şəxsiyyət, vətənini, xalqını sevən əsl vətəndaş olduğunu sübuta yetirib. Akademik qeyd edib ki, ümummilli lider Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb proseslərin içərisindən uğurla çıxararaq parçalanmaqdan qorudu, müstəqil respublikamıza həm bölgədə, həm də dünyada layiqli yer və böyük nüfuz qazandırdı. Ölkəmizdə qazanılan bütün nailiyyətlər Heydər Əliyev siyasətinin bəhrəsidir. Azərbaycan Ümummilli Liderin ideyalarının işığında sürətlə inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin apardığı uğurlu  siyasət nəticəsində Azərbaycan bu gün yeni-yeni uğurlara imza atır.

Daha sonra İnstitut Həmkarlar təşkilatının sədri, professor Arif Əfəndi, Yeni Azərbaycan Partiyasının İnstitut Təşkilatının sədri Məhiyəddin Hacıyev, İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Faiq Məmmədov, Mülki Müdafiə Qərərgahının rəisi İlqar Əliyev, professor Fikrət Sadıqov, dosent Namiq İsmayılov və başqaları Ulu Öndərin elm və təhsil strategiyası, gənclər siyasəti, azərbaycançılıq ideyası, neft strategiyası, eləcədə elm və incəsənət xadimlərinə qayğısından danışdılar.

JOURNALS
Useful links