News
Moskva Dövlət Universitetinin kimyaçıları (MDU) yeni yarımkeçirici birləşmələri aşkar etdilər
Dec 09, 2019 | 15:00 / Interesting information
Read 2789 time (-s)

Kimya fakültəsinin dekan əzəvi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Stepan Kalmıkov şərh etdi - “Kimya fakültəsinin işçiləri renium - qallium – qermanium sistemində əvvəllər tədqiq edilməmiş intermetallid birləşmələri aşkar etdilər”. İkili sistemlərdə (germanium-qallium, qermanium-renium, qallium-renium) adi şəraitdə praktiki olaraq davamlı olan ara birləşmələr yoxdur. Lakin üçlü sistemdə MDU-nın kimyaçıları 4 intermetalid birləşmə aşkar etdilər, bunlardan ikisi  ReGaGe2 və ReGa0.4Ge0.6 haqqında məlumat dərc edildi. Qallium və renium metallik parıltıya  malik tipik metallardır, temperatur artdıqca onların elektrik müqaviməti artır. Üçlü sistemdə isə alınan intermetalidlərdən biri kövrək, toz halında yarımkeçirici xassəyə malik maddədir. Bu isə intermetalid birləşmələr üçün olduqca nadir haldır.

Elmi qrupun sonrakı tədqiqatları yüksək temperatur sahəsində yeni birləşmələrin termoelektrik xassələrini öyrənməyə, həmçinin molibden, volfram və tantal kimi digər keçid metallar əsasında olan oxşar birləşmələrin axtarışına yönəldiləcəkdir.

 

JOURNALS
Useful links