News
Elektrik enerjisindən istifadə etməyən hesablama qurğusu təqdim edilib
Dec 05, 2019 | 15:48 / Interesting information
Read 2715 time (-s)

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri cihazın elektrik enerjisindən istifadə etməyəcəyi və istilik seçməyəcəyi hesablama prosesləri üçün yeni metod təklif ediblər. Tədqiqatçılar onun əvəzinə maqnit materiallarından və onların xüsusiyyətlərindən istifadə ediblər.

Alimlər həmçinin elementar zərrəciklərin fırlanan anının ötürülməsi kimi kvant effektlərindən istifadə edirlər. Beləliklə, onların qurğusu elektrik enerjisi sərf etmədən, yalnız maqnit və spin effektləri ilə bir vəziyyətdən digərinə keçə bilər. Alimlər yeni metodun ətraf mühitə zərərli maddələrin atılmasını azaltmağa imkan verəcəyinə və gələcəkdə qurğuların gücünü artıracağına əmindirlər.

Ənənəvi kompüterlər hesablamalar və məlumatların saxlanılması üçün böyük miqdarda elektrik enerjisi istifadə edirlər və boş yerə xeyli istilik ayrılır. Tədqiqatçılar daha səmərəli alternativ axtarışı üçün nisbətən az elektrik enerjisi sərf edən və demək olar, istilik ayrılmayan maqnit əsasında “spinotron” qurğuların hazırlanmasına başlayıblar.

Cihazların potensialını artırmaq üçün tədqiqatçılar spin dalğası adlı fenomendən istifadə ediblər. Bu qəfəs şəkilli quruluşu olan maqnit materiallarındakı elektronların kvant xüsusiyyətidir. Bu kimi materiallarda maqnitləşdirməqaydaya salınaraq yaranan pozuntular lokallaşdırılmır, əksinə dalğa şəklində yayılmağa başlayır.

Daha əvvəl Tokio Universitetinin mühəndisləri ultrasəs şüa salan və proyektor köməyi ilə şarın interaktiv ekrana çevrilməsinə imkan verən toxunmaqla hiss olunan landşaft interfeysini yaradıblar. Yenilik “SIGGRAPH Asia 2019” konfransında təqdim olunub.

JOURNALS
Useful links