News
Photo
“Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” lab. müdiri, k.e.d. Nizami Zeynalov ezamiyyətdə olmuşdur
Nov 18, 2019 | 15:00 / Important events
Read 4399 time (-s)

Azərbaycan Milli Elmlər Akademiyası akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 9 saylı “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasının müdiri, kimya elmləri doktoru Nizami Zeynalov 11.11.2019-cu il tarixdən 4 gün müddətində Rusiya Elmlər Akademiyası akad.V.A.Topçiyev adına  Neft Kimya Sintezi İnstitutunda ezamiyyətdə olmuşdur. Nizami Zeynalovun  Rusiyaya səfəri Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 7/3 nömrəli 14 mart 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş  “Polimer əsaslı nanogellərin alınması və onların dərman preparatlarının daşıyıcısı kimi xərçəng xəstəliklərinin müalicəsində tətbiqi” elmi tədqiqat proqramı çərçıvəsində baş tutmuşdur. Səfər müddətində o, institutun 8 saylı “Metalüzvi Kataliz” laboratoriyasında olmuş, öz laboratoriyalarında n-alkanların oksidləşməsi prosesləri üçün yaddaş effektinə malik polimer-mineral əsaslı yeni tip hibrid nanokatalizatorların sintezi və tətbiqi, eləcə də yeni innovativ polimer  nanosorbentlərin alınması və onların iştirakı ilə toksiki metal ionlarının daha aşağı qatılıqda sulu məhlullarından və tullantı sularından sorbsiya olunması proseslərinin tədqiqinə aid aparılan elmi işlər haqqında ətraflı məlumat vermişdir. Bununla yanaşı, gələcək elmi əməkdaşlıq məsələləri müzakirə edilmiş, hər iki institutun birgə layihə çərçivəsində elmi işlərin aparması nəzərdə tutulmuşdur.

JOURNALS
Useful links