News
Tayqanın istixana qazlarının mənbəyi olduğu ortaya cıxdı
Nov 14, 2019 | 15:59 / Interesting information
Read 822 time (-s)

Helsingi Universitetinin alimlərinin tədqiqatı göstərdi ki, Şimal yarımkürəsinin yabanı meşələri N2O azot oksidi mənbəyidir. Bu maddənin istixana aktivliyi karbon qazının istixana aktivliyindən 298 dəfə yüksəkdir. Nature Communications nəşriyyatında dərc olunan bu iş  ağacların istixana qazlarının mənbəyi və istixana qazlarının uducusu kimi rolunu yenidən qiymətləndirir. 

Bu araşdırma ağaclar vasitəsilə azot oksidin əmələ gəlməsini öyrənməyə istiqamətləndirən ilk tədqiqatlardandır. Bu prosesdə ağacların rolu lazımınca qiymətləndirilmədiyindən, həmçinin ağacın gövdə və budaqlarında qaz tullantılarının ölçülməsində çətinliklər olması səbəbindən bu cür işlər əvvəl aparılmamışdır.

İlk dəfə bitkilərin bakteriyalar tərəfindən əmələ gələn azot oksidini atmosfer formasına çevirə biləcəyi fərziyyəsi 1998-ci ildə səsləndirilməsinə baxmayaraq, 2005-ci ildə bu hadisə laboratoriyada aparılan təcrübə zamanı təsdiq edilmişdir. Bu mövzu üzrə yalnız bir neçə iş cap olunmuşdur.

Daha əvvəl aparılan araşdırmalarda ABŞ və Rusiyanın alimləri əbədi buzluğun əriməsi zamanı istixana effektinin (təsirinin) artacağını müəyyən etdilər. Eyni zamanda tədqiqatçılar göstərdilər ki, qədim zamandakı qlobal istiləşmə Yer kürəsi orbitinin dəyişməsi ilə əlaqədar ola bilər.

 

JOURNALS
Useful links