News
“Süni təbəqə” nin köməyilə sintez-qazı istehsal etməyi təklif etdilər.
Nov 08, 2019 | 11:00 / Interesting information
Read 3058 time (-s)

Sintez qaz-dəm qazı və hidrogenin qarışığıdır. O, metanolun və müxtəlif karbohidrogenlərin sintezi üçün kimya sənayesində geniş istifadə olunur. İndiki zamanda sintez-qazı metanın buxar konversiyası və ya kömürün qazlaşdırılması ilə istehsal edilir. Lakin yüksək temperatur və təzyiq tələb edən bu proseslər  nəticəsində alınan məhsulun dəyəri  kifayət  qədər  yüksək olur.

Tədqiqatlar nəticəsində, Kembric Universitetinin alimləri günəş işığının təsiri altında karbon qazı və sudan sintez-qazını əmələ gətirən bir sistem yaratmağa nail oldular. Əvvəllər bu məhsulu yer altından çıxan yanacağın qazlaşdırılması ilə alırdılar. Bu proses isə ərtaf mühitə zərər verirdi. Alınmış nəticələr məqalə şəklində  Nature Materials jurnalında dərc edilmişdir.

JOURNALS
Useful links