News
Hesabatların dinlənilməsi davam edir.
Oct 16, 2019 | 14:00 / Conferences, assemblies
Read 2798 time (-s)

Bu gün Elmi Şurada  İnstitutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam edib. AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev iclas iştirakçılarını gündəliklə tanış edərək  bildirdi ki, bu gün “Koordinasiya birləşmələri”, “Koherent-sinxronlaşdırılmış  oksidləşmə  reaksiyaları”, “Oksidləşdirici heterogen  kataliz”, “Nano- və elektrokataliz” şöbələrinin  hesabatları dinləniləcək. Daha sonra qeyd olunan  şöbə üzrə laboratoriyaların  2019- cu il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan işlər haqqında laboratoriya rəhbərlərinin, eləcə də həmin laboratoriyalarda çalışan baş və aparıcı elmi işçilərin məruzələri dinlənildi. Məruzələr ətrafında müzakirələr aparıldı.Akademik Dilqəm Tağıyev hesabatlar barəsində və görüləcək işlər haqqında tövsiyyələrini və təkliflərini verərək bildirdi ki, növbəti illər üçün iş planları hazırlanarkən innovativ xarakterli elmi-tədqiqat işlərinə üstünlıük verilməlidir. Sonda  hesabatların qəbul olunması haqqında qərar qəbul edildi.

JOURNALS
Useful links