News
PhotoVideo
“Clarivate Analytics” şirkəti AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təlim keçirilib
Oct 01, 2019 | 16:52 / Conferences, assemblies
Read 4131 time (-s)

Oktyabrın 1-də AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təlim keçirilib.

Təlimi giriş sözü ilə Elmi-informasiya və patent tətqiqatları şöbəsinin müdiri Esmira Qulu-zadə açaraq sözü “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjinaya verib.

Təlim zamanı İneş Kenjinaya iştirakçılara “Web of Science” bazasına necə daxil olmaq, mövzulara uyğun jurnalları seçmək, məqalələr qarşısında qoyulmuş tələblər, yırtıcı jurnalları və nəşriyyatları necə tanımaq və digər məsələlərlə bağlı informasiyanı iştirakçıların nəzərinə çatdırıb. Məruzəçiyə verilmiş  suallar cavablandırılıb. İştirakçılar bu cür təlimlərin vacib olduğunu və tez-tez keçirilməsini təklif etdilər.

 

 

JOURNALS
Useful links