News
Amerikalılar elektrik enerjisinin köməyi ilə sementin istehsalını təklif etdilər
Sep 23, 2019 | 14:24 / Interesting information
Read 2816 time (-s)

Amerikalı alimlər kalsium karbonatın elektrokimyəvi parçalanma texnologiyasını işləyib hazırlamışlar. Məhlulda turşuluq göstəricisinin sərbəst dəyişməsini əmələ gətirməklə müəlliflər əhəngi dekarbonlaşdırıb və hidroksid şəklində çökdürmüşlər. Sonra onu parçalayıb sementin vacib komponenti olan alitin əmələ gəlməsi üçün silisium oksidlə reaksiyaya daxil ediblər.

Proceedings of the National Academy of Sciences–də çap olunan tədqiqatın müəlliflərinin sözlərinə görə, təklif olunan prosesdə əmələ gələn hidrogen və oksigen sonradan istehsalatda istifadə oluna bilər, məsələn, elektrik enerjisi mənbəyi kimi. Karbon qazını isə asanlıqla başqa məqsəd üçün istifadə etmək olar.

JOURNALS
Useful links