News
Süni yarpaqlar işıqda dərmanları sintez edəcək
Sep 13, 2019 | 12:48 / Interesting information
Read 2735 time (-s)

Niderland Texniki Universitetinin tədqiqatçıları təbiətdə yarpaqlar kimi günəş işığını udan və kimyəvi reaksiyalar aparan mini reaktor təqdim ediblər. Yeni “süni yarpaq” texnologiyasının köməyi ilə artıq iki dərman növü malyariyaya qarşı “artemizinin” və parazitlər əleyhinə “askaridol” hazırlanıb. Alimlərin sözlərinə görə, texnologiya kimyəvi reaksiyaların geniş spektrinə asan uyğunlaşır və dəyişən hava şəraitdə sabit istehsalı təmin edir.

Əczaçılıq sənayesinin yükünü azaltmaq üçün dərman vasitələrinin istehsalında mobil və ekoloji “zavodun” yaradılması komandanın əsas məqsədidir.

Yarpaq şəklində olan reaktor orqanik şüşədən hazırlanıb. Alimlərin hesablamalarına görə, bu material işığın daha yüksək sınma göstəricisinə malikdir. Bundan əlavə, onu istehsal etmək daha asan və ucuzdur. Dərmanın istehsalı fotosintez prinsipinə əsaslanır. Günəş işığı yarpağın mikrokanallarından keçən mayelərin molekullarını aktivləşdirir və kimyəvi reaksiya verir. Alimlər, həmçinin hava şəraitinin qeyri-sabitliyini də nəzərə alaraq prosesi yavaşladan və sürətləndirən xüsusi bir sistem hazırlayıblar.

Tədqiqatının müəllifi Timoti Noel bildirib ki, bu texnologiyanın köməyi ilə dərmanları hər yerdə istehsal etmək olar: “Əsas şərt günəş işığıdır. Məsələn, malyariya əleyhinə dərman cəngəllikdə, Marsda isə “paraçetamol” istehsal olunacaq”.

Komanda il ərzində mini reaktorları sınaqdan keçirmək və istehsal etmək üçün ticarət partnyoru olan əczaçılıq şirkətini tapmağı planlaşdırır.

JOURNALS
Useful links