News
PhotoVideo
Akademik Dilqəm Tağıyev: innovativ elmi-tədqiqat işlərinin aparılmasına üstünlük verilməlidir
Sep 11, 2019 | 15:48 / Conferences, assemblies
Read 4191 time (-s)

Bu gün AMEA Kataliz və Qeyti-üzvi Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir.

İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev bildirdi ki, cari ilin 11 iyun 2019- cu il tarixində cənab prezident İlham Əliyevin sərəncamı ilə  “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə” təsdiq edilmişdir. Yeni əsasnaməyə görə fəlsəfə və elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyalara qoyulan tələblərdən danışan akademik bir sıra məqamları vurğulayaraq qeyd etdi ki, Elmi Şura və onların nəzdindəki seminarlar daha ciddi işləməli, təqdim olunan işləri ciddi ekspertiza etməlidirlər. Eləcə də, həm elmi rəhbərlər, həm də dissertant və doktorantlar dissertasiya mövzularını seçərkən diqqətli olmalı, seçilən mövzular aktual olmaqla bərabər, böyük əhəmiyyət kəsb edən problemin yeni həllinə yönəlməlidir.

Sonra akademik Dilqəm Tağyev bildirdi ki, bu il institutun magistraturasına 10 nəfər qəbul olunmuşdur və onların hamısı yüksək bal toplamış gənclərdir. Qəbul olunan magistrlərin fərdi iş planları və elmi rəhbərləri təsdiq olundu.

Daha sonra akademik bildirdi ki , şöbə və laboratoriyaların illik hesabatına hazırlaşmaq lazımdır və hesabatların verilməsi  cari ilin oktyabr  ayından başlanacaq. Akademik qeyd etdi ki, bu il həmçinin 5-illik hesabatlar hazırlanmalı, son beş ildə əldə etdikləri mühüm elmi nəticələri təqdim etməlidirlər. Akademik qeyd etdi ki, növbəti illərdə fundamental tədqiqatlarla yanaşı tətbiqi işlərin aparılmasına üstünlük verilməlidir.

Sonda akademik Dilqəm Tağıyev bildirdi ki, qarşıdan görkəmli kimyaçı alimlər akademik Həbib Şahtaxtinskinin 120 illik, müxbir üzv Paşa Rüstəmovun 100 illik yubileyləri gəlir. Elmi Şura hər iki alimin yubileylərinin keçirilməsi barəsində AMEA Kimya Elmləri Bölməsi qarşısında vəsadət qaldırılması haqqında  qərar qəbul etdi.

 

JOURNALS
Useful links