News
Photo
Magistrlərin dissertasiya işinin ilkin müzakirəsi keçirildi
May 14, 2019 | 14:48 / Conferences, assemblies
Read 4684 time (-s)

Elmi rəhbərlər “Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz”, “Fiziki-kimya” ixtisaslaşması üzrə İnstitutda təhsil alan II  kurs  magistrantlar tərəfindən yerinə yetirilmiş dissertasiya işlərinə müsbət rəy verərək işlərin müdafiəyə buraxılmasını tövsiyə etmişlər. Rəhbərlərin tövsiyələrini nəzərə alaraq, magistrların dissertasiya işinin - “Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə Paşazadə Günel Atabəy qızının k.ü.e.d.,prof. Asif Məmmədovun rəhbərliyi ilə “Titanmaqnetit konsentratlarının sənayedə reduksiya proseslərinin termodinamiki modelləşdirilməsi”, Əşirov Gəray Mikayıl oğlunun k.ü.f.d.,dos. Leyla Məşədiyevanın  rəhbərliyi ilə “Cu-Sb-S sistemində termoelektrik xassəli təbii mineralların sintetik analoqlarının alınması və onlar arasında qarşılıqlı təsirin tədqiqi” və  Əlizadə Şəbnəm Elşad qızının k.ü.f.d.,dos.Vüsalə Məcidzadənin rəhbərliyi ilə “Elektrokimyəvi üsulla  Bi2S3  birləşməsinin nanostruktur şəklində  sintezi və fotoelektrokimyəvi xassələrinin tədqiqi”, - “Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə Kərimova Nigar Azər qızı k.ü.e.d. Nizami Zeynalovun rəhbərliyi ilə “Azot tərkibli makroliqand saxlayan nanostrukturlaşdırılmış nikel əsaslı katalitik sistemlərin sintez və tədqiqi” və Həsənova Könül Cümşüd qızı k.ü.f.d..dos. Ülviyyə Məmmədovanın rəhbərliyi ilə “Benzolun mülayim şəraitdə hidrogenləşməsi  üçün polivinilpirrolidon və alümosilikat mineralları əsasında yeni hibrid nanokompozitlərin sintezi və tədqiqi”, - “Fiziki-kimya” ixtisaslaşması üzrə Əlizadə Yılmaz Elşən oğlu  k.ü.e.d. Akif Əliyevin rəhbərliyi ilə “FeSx/TiOhetero sistemlərinin sintezi və fotoelektrokatalitik xassələrinin tədqiqi” və Nəciyeva Ramilə Nəriman qızı  t.ü.f.d.,dos. Qoşqar Əliyevin rəhbərliyi ilə “Sulfanolun neftdaşıyıcı layların məsaməli mühitində  adsorbsiya  prosesinin modelləşdirilməsi və riyazi  modelin parametrlərinin təyin edilməsi” ilkin müzakirəsi 14.05.2019-cu il tarixində saat 1100-da İnstitutun “Mineral xammalın  kompleks emalı”, “Qeyri-üzvi  funksional  materiallar”, “Nano- və elektrokataliz” və “Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası”  şöbələrinin iştirakı ilə keçirildi.

JOURNALS
Useful links