News
Photo
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Web of science bazasında çap olunan məqalələrin sayına görə AMEA institutları arasında 3-cü yerdə qərarlaşıb
May 13, 2019 | 14:00 / Conferences, assemblies
Read 274 time (-s)

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir.

İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış etdi.

Akademik Dilqəm Tağyev bildirdi ki, bu il elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə institutun doktorantura və dissertanturasına 5 ixtisas üzrə 15 nəfər qəbul olunmuşdur. İclasda qəbul olunan doktorant və dissertantların fərdi iş planları bir-bir müzakirə olunaraq təsdiq olundu.

Daha sonra akademik qeyd etdi ki, D.Mendeleyevin Dövri cədvəlinin yaradılmasının 150 illik yubileyi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti “Gənc kimyaçılar elmdə” respublika müsabiqəsi elan etmişdir və müsabiqədə iştirak etmək üçün namizədlərə Elmi Şura təqdimat verilməlidir. Müsabiqədə iştirak etmək istəyən institut əməkdaşlarına təqdimat verilməsi haqqında iclasda qərar qəbul edildi.

Sonra akademik bildirdi ki, şöbə və laboratoriyaların yarımillik hesabatına hazırlaşmaq lazımdır və hesabatlarda cari ildə aparılan tədqiqat işləri əsasında mühüm nəticələr qeyd olunmalıdır.             

Akademik Dilqəm Tağıyev qeyd etdi ki, 2018 –ci il institut üçün uğurlu illərdən biri olmuşdur. Belə ki, bir sıra göstəricilərinə, o cümlədən AMEA RH-nin qəbul etdiyi mühüm elmi nəticələrin, Web of science bazasında çap olunan məqalələr və məqalələrə olunan istinadların, Beynəlxalq qrantlarda iştirakın saylarına  görə KEB İnstitutları arasında liderdir. Eləcə də Kataliz və Qeyri-üzvi Kimya İnstitutu Web of science bazasında çap olunan məqalələrin sayına görə AMEA institutları arasında 3-cü yerdə qərarlaşıb.

JOURNALS
Useful links