Announce
“Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransı keçiriləcək
May 01, 2023 | 14:28
Read 394 time (-s)

İyunun 21-22-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyevin dövlətçilik idealları və müasir gənclik” mövzusunda respublika konfransı keçiriləcək.

Konfrans AMEA Rəyasət Heyətinin dəstəyi, Gənc Alim və Mütəxəssislər Şurasının və Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə təşkil ediləcək.

Tədbirin Təşkilat Komitəsinin sədri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, həmsədri isə AMEA Gəncə Bölməsinin sədri akademik Fuad Əliyevdir.

Respublika konfransına “Dövlətçilik tariximizdə Heydər Əliyev ənənələri”, “Heydər Əliyev siyasətində Türk dünyasının birliyi strategiyası”, “Müasir Azərbaycan gəncliyinin - yeni nəslin inkişafında Heydər Əliyev fenomeni”, “Gənclər siyasəti, tarixi Zəfərə aparan siyasət və ordu quruculuğunda Ulu Öndər Heydər Əliyevin tarixi rolu” və digər mövzular üzrə tezislər qəbul edilir.

Tezislər mayın 30-dək göndərilməlidir.

JOURNALS
Useful links