Announce
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu müsabiqə elan edir
Oct 15, 2020 | 12:57
Read 2090 time (-s)

AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Nanokarbon katalizatorları iştirakında karbohidrogenlərin hidrogen peroksidlə oksidləşmə laboratoriyasının aparıcı elmi işçisi, Ekoloji kataliz və Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları laboratoriyalarının isə böyük elmi işçisi vəzifələrinin hər birinə bir yerdir.

Müsabiqədə kimya sahəsində elmlər və fəlsəfə doktoru elmi dərəcəsinə malik olan  şəxslər iştirak edə bilərlər.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən bir ay müddətində təqdim edilməlidir.

Ünvan: AZ 1143, Bakı şəhəri, H.Cavid prospekti, 113

Tel. (+994 12) 539 38 71

JOURNALS
Useful links