May 21, 2020 | 12:55
“Qeyri-üzvi kimya”, “Kimyəvi kinetika və kataliz”, “Fiziki-kimya”, “Yüksəkmolekullu birləşmələr kimyası” və “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisaslaşmaları üzrə İnstitutda təhsil alan II kurs magistrantlar tərəfindən yerinə yetirilmiş dissertasiya işlərinə elmi rəhbərlər müsbət rəy verərək işlərin müdafiəyə buraxılmasını tövsiyə etmişlər. Rəhbərlərin tövsiyyələrini nəzərə alaraq,
- “Qeyri-üzvi kimya” ixtisaslaşması üzrə Həsənov Gündüz Faiq oğlu k.ü.f.d.,dos. Vaqif Qasımovun rəhbərliyi ilə “Qalay və qurğuşun sulfidlərinin lantanoidli üçlü birləşmələrin sintezi və quruluşunun tədqiqi” mövzusu üzrə;
- “Kimyəvi kinetika və kataliz” ixtisaslaşması üzrə Rəhimzadə Telli Əlizamin qızı k.ü.f.d.,dos. Lətifə Həsənovanın rəhbərliyi ilə “Dəmirporfirin kompleksləri əsasında biomimetik katalizatorun sintezinə multidissiplinar yanaşma” mövzusu üzrə;
- “Fiziki-kimya” ixtisaslaşması üzrə Abışova Nuray Rafiq qızı k.ü.e.d. Akif Əliyevin rəhbərliyi ilə “Suyun reduksiya prosesi üçün nikel və kobalt əsasında elektrod materiallarının sintezi” mövzusu üzrə;
- “Yüksəkmolekullu birləşmələr kimyasi” ixtisaslaşması üzrə Quliyeva Cəmilə Elşən qızı k.ü.f.d. Samirə Məmmədovanın rəhbərliyi ilə “Levofloksasinin immobilizasiyası üçün xitozan və poli-4-vinilpiridin əsasında polimer nanogellərin sintezi və tədqiqi” mövzusu üzrə;
- “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” ixtisaslaşması üzrə Rüstəmli Xədicə Mübariz qızı t.ü.f.d., dos. Qoşqar Əliyevin rəhbərliyi ilə “Metanolun katalitik oksidləşməsi prosesinin riyazi modelləşdirilməsi və texnoloji parametrlərinin hesablanması” mövzusu üzrə;