Announce
AMEA-nın prezidenti akademiya əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında sərəncam imzalayıb
May 05, 2020 | 11:00
Read 2043 time (-s)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 1 may 2020-ci il tarixli qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejimi 2020-ci il 31 may tarixinədək uzadılıb. Eyni zamanda, müəyyən edilmiş bəzi məhdudiyyətlərin 4 may 2020-ci il tarixindən yumşaldılmasına dair qərar qəbul edilib və dövlət qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bunu nəzərə alaraq, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, AMEA-nın bütün elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 30 faizindən çox olmamaq şərti ilə işə cəlb edilməsinə və zəruri hallarda növbəliliyin tətbiq edilməsinə icazə verilir.

Sərəncamda, həmçinin işə cəlb edilmiş və edilməmiş işçilərin pandemiya və karantin şəraitinin qaydalarına ciddi riayət etmələri, işə cəlb edilən işçilərin xidməti vəsiqə və digər zəruri sənədlərlə təmin edilmələri, o cümlədən xidməti vəsiqələrdən sui-istifadə hallarına yol verilməməsi tövsiyə olunur.

JOURNALS
Useful links