Announce
AMEA-da “Magistr-2019” müsabiqəsi keçiriləcək
Feb 01, 2019 | 14:00
Read 2426 time (-s)

2019-cu ilin fevral-mart aylarında AMEA-nın magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2019” müsabiqəsi keçiriləcək.

Müsabiqə AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə və elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirmək məqsədilə baş tutacaq.

Müsabiqədə təhsildə və elmi fəaliyyətdə yüksək nəticələr göstərən 3 magistrant mükafatlandırılacaq.

Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

- I yer – 1500 manat;

- II yer – 1000 manat;

- III yer – 500 manat. 

Müsabiqədə iştirak etmək üçün magistrantlar Ərizə formasını (Əlavə 1) müəyyən olunmuş qaydada doldurub (ərizələr müvafiq institutun təhsil şöbəsinin rəhbəri və elmi katibi tərəfindən təsdiq olunmalıdır) təhsil aldığı institutun direktorunun müşayiət məktubu ilə birlikdə 2019-cu il fevralın 25-dək AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinə təqdim etməlidirlər.

İştirakçı ərizələri 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır. Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş saxlanılır. Ərizələr elektron (yaddaş diskində) formada və kağız üzərində təqdim olunmalıdır.

Ünvan: AZ1143, Bakı ş., H.Cavid pr., 31 (Akademiya şəhərciyi).

Tel.: (+99 412) 537 23 97, (+994 12) 539 20 35.

Email: amea.magistratura@gmail.com (elektron məktubda mövzu yerində “Magistr-2019 müsabiqəsi üçün” qeyd olunmalıdır).

JOURNALS
Useful links