Xəbərlər
Alimlər effektiv natrium batareyaları yaratmaq probleminə yaxındırlar
Apr 30, 2019 | 14:55 / Maraqlı məlumatlar
Oxunub 3078 dəfə

Üzvi katodların istifadəsi ilə əlaqədar olaraq ABŞ-dan olan tədqiqatçılar enerjinin sıxlığını əhəmiyyətli dərəcədə artırmağa nail oldular. Bu isə təhlükəsiz və ucuz batareyalar üçün mənbə olacaq.

Bərkcisim şəklində olan natrium-ion batareyaları litium-ion batareyalarına nisbətən daha təhlükəsizdir, lakin onların məhsuldarlığı daha yüksək ola bilərdi. Hyuston Universitetinin alimləri apardığı tədqiqatla  bu problemi həll ediblər.

Science Daily xəbər verdiyi kimi, tədqiqatçılar piren- 4, 5, 9, 10 – tetraondan olan üzvi katoddan istifadə edərək daha yüksək məhsuldarlıq əldə ediblər. Bu katod yüklənmə –boşalma dövrü  zamanı sıxılaraq və genişlənərək deformasiya olunur. Bunun nəticəsində o, bərk elektrolitlə sərhəddə sıx əlaqəni saxlayır.

Təcrübələr göstərir ki, kontakt ən azı 200 dövr üçün sabit qalır.

JURNALLAR
Faydalı linklər