Xəbərlər
Daha əvvəl bilinməyən bir vəziyyətdə olan maddə , eyni zamanda maye və bərk halda ola bilər.
Apr 26, 2019 | 10:31 / Maraqlı məlumatlar
Oxunub 125 dəfə

Ətrafımızdakı dünyada materiya çox fərqli vəziyyətlərdə ola bilər. İnsanların çoxuna materiyanın yalnız üç əsas halı-bərk, maye və qaz halı məlumdur. Ancaq son zamanlar alimlər aşkar etdilər ki, müəyyən bir şəraitdə maddə ekzotik halda olur. Bu halda materiya həm maye, həm də bərk halda olur. Təcrübə zamanı ekstremal şərait kimi alimlər çox yüksək təzyiq və temperaturdan istifadə etdilər. “İkili “ vəziyyətə keçmiş materiya nümunəsi kimi isə metallik kalium parçası götürüldü.

Təzyiq 2-dən 4 Giqapaskala çatanda kalium atomları yuxarıda göstərilən kristallik qəfəsi yaratdılar. Eyni zamanda atomlar arasında kimyəvi əlaqələr kifayət qədər güclüdür və material 800o K temperatura qədər bərk vəziyyətdə qalır. Lakin, sonra kimyəvi əlaqələr “zəyifləməyə” başlayır və maddə aralıq- bərk-maye vəziyyətdən tədricən xaotik maye vəziyyətə keçir. 

Sonrakı hesablamalar göstərdi ki, natrium və vismut kimi digər materiallar da bərk-maye vəziyyətdə mövcud ola bilər. Yaxın vaxtlarda alimlər yeni vəziyyətdə olan materialın fiziki və kimyəvi xüsusiyyətlərini təyin etməyə çalışacaqlar ki, bu da tətbiqi kimya, fizika və s. sahələrdə yeni texnologiyaların reallaşdırılmasında faydalı ola bilər.

JURNALLAR
Faydalı linklər