Xəbərlər
Yeni membran təbii qazı effektiv təmizləyir və ətraf mühitə zərər vermir
Apr 16, 2019 | 13:22 / Maraqlı məlumatlar
Oxunub 3724 dəfə

Son illərdə təbii qaz və bioqaz kömürlə və neftlə müqayisədə daha təmiz və daha səmərəli yanma prosesinə görə dünya miqyasında getdikcə populyar enerji mənbəyi olur.

Bununla belə, qazda çirkləndirici maddələrin olması, (məsələn, karbon qazı) onu göstərir ki, yanacaq kimi istifadə etməzdən əvvəl onu təmizləmək lazımdır.

Massaçusets Texnologiya İnstitutunun (MİT) alimləri yeni polimer membran işləyib hazırlayıblar. Bu membran adi materiallardan fərgli olaraq daha tez karbon qazını təbii qazdan xaric edə bilir və bu zaman alimlər zəhərli həlledicilərdən istifadə edilməsinə ehtiyac olmadığını göstərirlər.

İşin təfsilatı ilə yazılışı Advanced Materials jurnalında verilmişdir.

JURNALLAR
Faydalı linklər