Xəbərlər
Foto
Azərbaycan – İtaliya elmi seminarının iştirakçıları AMEA YT Parkın məhsulları ilə tanış olublar
Apr 11, 2019 | 10:39 / Mühüm hadisələr
Oxunub 5154 dəfə

Bakıda keçirilən İnnovativ polimerlər üzrə Azərbaycan – İtaliya elmi seminarının iştirakçıları AMEA Yüksək Texnologiyalar Parkına (YT Park) səfər edib.

AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin başçılıq etdiyi nümayəndə heyətinə İtaliya Milli Tədqiqatlar Şurasının Polimerlər, Kompozitlər və Biomateriallar İnstitutunun direktor əvəzi, professor Luigi Ambrosio, həmin institutun elmi işciləri Giovanna Buonocoren və Marino Lavorgna daxildirlər.

YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov qonaqları rəhbərlik etdiyi müəssisədə istehsal olunan məhsullarla yaxından tanış edib.

Azərbaycan – İtaliya elmi seminarının iştirakçıları Xəzər regionunda təkrarı olmayan, AMEA-nın Strateji Elmi Analitik Sınaq Mərkəzinə baş çəkib, müasir standartlara cavab verən laboratoriyalara baxış keçiriblər. 

Kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə və keyfiyyət üzrə menecer Kamal Yusifov onlara laboratoriya avadanlıqları, mərkəzin imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat verib.

İtaliyalı nümayəndələr AMEA Təcrübə-Sənaye Zavodu və “Millers Oils Azərbaycan” şirkətinin istehsal sahələri ilə də yaxından tanış olublar. 

science.gov.az

JURNALLAR
Faydalı linklər