Apr 02, 2019 | 10:22 / Maraqlı məlumatlar
Avropa Parlamentinin dəyərləndirməsinə görə, Avropa çimərliklərində bütün tullantıların 80-85 faizini plastik məhsullar təşkil edir və bu tullantıların yarıdan çoxu birdəfəlik plastik məhsullardır. Avropa İttifaqının iqtisadiyyatı üçün plastik çirklənmədən ətraf mühitə vurulan ümumi ziyan ildə təxminən 25-695 milyon avro arasında qiymətləndirilir.
Birdəfəlik plastikin istifadəsinə qadağa məsələsi ilk dəfə Avropa parlamentində 2018-ci ildə müzakirə olunub.
Buna görə də, Avropa Parlamenti Avropa İttifaqında birdəfəlik istifadə olunan bəzi plastik növlərinə qəti surətdə qadağa qoyan bir qanun layihəsini təsdiq etdi: 2021 ildən etibarən Avropa İttifaqında plastik qablar, cubuqlar, pambıq çöplər və bir necə növ istifadə olunan məhsullar qadağan ediləcək . Bu haqda AFP agentliyi xəbər verir.
Əvvəlcə Çinin adada yerləşən Haynan əyalətində birdəfəlik plastikdən imtina etməyi qərara aldılar: orada 2020-ci ilə qədər plastikdən olan paketlər və qab-qacaq istifadədən çıxarılacaq. 2025-ci ilədək hökumət dağılmayan plastikdən olan birdəfəlik məhsulların satışı və istehsalına təmamilə qadağa qoymağı planlaşdırır.