Xəbərlər
FotoVideo
Yeni üsul bahalı su təmizləyici proseduru olmadan dəniz suyunun hidrogen yanacağına çevrilməsinə imkan verəcəkdir
Mart 29, 2019 | 11:34 / Maraqlı məlumatlar
Oxunub 3114 dəfə

Stenford və Pekin Universitetlərinin əməkdaşlarının birgə səyi nəticəsində orta məktəb kursundan məlum olan kimyəvi reaksiyadan istifadə edərək dəniz suyunu hidrogen yanacağına çevirməyin üsulunu tapdilar.

Məlum olduğu kimi sudan elektrik cərəyanı keçirəndə o, oksigen və hidrogenə parçalanır və nəticədə itkisiz enerji mənbəyi kimi istifadə oluna bilir. Lakin, suyun əvvəlcədən təmizlənməsi prosesi çox enerji tələb etdiyindən bu metod istifadə oluna bilmir. Alimlər bu mərhələni keçmədən dəniz suyunu istifadə üçün yararlı vəziyyətə çevirmək üçün təcrübə zamanı istifadə oluna bilən elektrodlar üçün yeni metal örtük işləyib hazırladılar: bu isə onlara duzlu suda baş verən kimyəvi reaksiyaya qarşı davamlı olmağa imkan verir. Suyu oksigen və hidrogenə parçalamaq üçün elektrik cərəyanı lazım olduğundan, alimlər üzərində günəş batareyaları olan maksimal ekoloji aparat düzəltməyi qabaqlarına məqsəd qoydular.

Tədqiqatın nəticələri və yeni üsul PNAS jurnalında dərc olunub.

JURNALLAR
Faydalı linklər