Xəbərlər
Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixini əks etdirən yeni kitab işıq üzü görüb
İyl 27, 2016 | 12:50 / Nəşrlər
Oxunub 3286 dəfə

A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə “Türkmən sülalələri” (Azərbaycanın Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi haqqında “İranın Kembric tarixindən” çıxarışlar) adlı kitab işıq üzü görüb.

Yeni nəşr “İranın Kembric tarixindən” kitabının VI cildinin tərcüməsidir. Kitabın tərcüməçisi institutun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundovadır.

Qeyd edək ki, sözügedən tədqiqat işi “İranın Kembric tarixinə” Orta əsr Avropa və Şərq mənbələrinin məlumatları əsasında daxil edilib. Kitabda, həmçinin terminlərin və sülalə adlarının lüğəti də yer alıb.

Nəşr XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində baş verən əsas tarixi hadisələri əks etdirən məlumat kitabçası kimi də istifadə oluna bilər.

Layihənin məsul redaktoru və ön sözün müəllifi Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.

Kitab tədqiqatçılar, müəllim və tələbələr, həmçinin Azərbaycanın orta əsrlər tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

JURNALLAR
Faydalı linklər