Xəbərlər
MDU-nin kimyaçıları verilmiş tərkibli və qeyri-adi xüsusiyyətli yeni maqnit material yaratdılar
Mart 12, 2019 | 11:50 / Maraqlı məlumatlar
Oxunub 2955 dəfə

MDU-nin qeyri-üzvi kimya kafedrasının əməkdaşları ABŞ, Almaniya və Estoniya həmkarları ilə yeni maqnitaktiv material sintez etmiş və tədqiq etmişlər. Alınmış birləşmələrin qeyri-adi  xüsusiyyətləri həm elmi, həm də tədbiqi işlər üçün yeni imkanlar açır.

Kimyaçılar sadə maddələrdən – germanium, fosfor, arsendən və dəmir tozundan mürəkkəb quruluşlu birləşmələr sintez etdilər. Həmçinin, bir müstəvidə əvəzlənən iki tip quruluşlu bloklardan ibarət birləşmələrin atom quruluşunu müəyyən etdilər.

Verilmiş birləşmələrin maqnit xassələrinin tədqiqi göstərdi ki, onların hamısı antiferromaqnitlərdir. Bu maddələrdə qonşu atomların  (ionların) maqnit momenti qarşılıqlı kompensasiya olunur. Beləliklə, maddələrin tam maqnit momenti (maqnitləşmə) ferromaqnetlərdən (dəmir, kobalt) fərqli olaraq sıfıra yaxındır.

Tədqiqatların nəticələri Journal of Alloys and Compounds nəşriyyatında çap olunub.

JURNALLAR
Faydalı linklər