Xəbərlər
Foto
AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında müqavilə imzalanmışdır
Mart 06, 2019 | 12:40 / Mühüm hadisələr
Oxunub 529 dəfə

Azərbaycan  Milli  Elmlər  Akademiyasinin  akademik  M.Nağiyev adina  Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (direktor akademik Dilqəm Tağıyev) və Torpaqşünaslıq və Aqrokimya İnstitutu (direktor, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev) arasında (2019-2021) illərdə elmi əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.

“Abşeron torpaqlarında bentonit gil faizinin torpaq münbitliyinə, bitki məhsuldarlığına və ekoloji vəziyyətinə təsiri” mövzusu üzrə AMEA-nın akademik  M.Nağiyev adına  Kataliz və Qeyri-üzvi Kimya İnstitutu tərəfindən “Mineral sorbentlər” laboratoriyasının baş elmi işçisi, k.e.d. Ağayeva Zenfira Rza qızı və Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən “Torpaqların mineralogiyası və kimyası” laboratoriyasının rəhbəri, a.ü.f.d. Mehdiyev Hüseyn Cəlal oğlu birgə görüləcək işləri müzakirə etmiş və hər iki tərəfin görəcəyi işlər planlaşdırılmışdır.  

JURNALLAR
Faydalı linklər