Xəbərlər
Foto
Kimya Texnologiyası və Metallurgiya Universiteti (Sofiya) ilə AMEA M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu arasında əməkdaşlıq üçün çərçivə müqaviləsi bağlanmışdır
Mart 04, 2019 | 14:53 / Mühüm hadisələr
Oxunub 5125 dəfə

Kimya Texnologiyasi və Metallurgiya Universiteti (Rektor, professor, doktor Mitko Georgiyev) və Azərbaycan Milli Elmlər Akademiyasının akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu (bundan sonra KQÜK adlandırılacaq, Direktor akademik Dilqəm Tağıyev) bundan sonra birlikdə “Tərəflər” və yalnız “Tərəf” kimi Əməkdaşlıq üçün Çərçivə Müqaviləsinə (bundan sonra “Müqavilə” adlandırılacaq) daxil olur və aşağıdakılarla razılaşır:

1.     MÜQAVİLƏNİN MƏQSƏDLƏRİ

1.1 Bu əməkdaşlığa aşağıdakılar daxildir, lakin bununla məhdudlaşmamalıdır:

a) Birgə tədqiqat layihələrinin inkişaf etdirilməsi

b) Akademik və elmi fəaliyyətlərin, məsələn kurslar, konfranslar, seminarlar, simpoziumların və s. təşkili

c) Akademik və elmi mübadilə

d) Nəşrlərin və ümumi maraq doğuran digər informasiya materiallarının mübadiləsi

2.     ÜMUMİ MÜDDƏALAR

2.1 Müqavilənin məqsədlərini həyata keçirmək və yerinə yetirmək üçün, Tərəflər bu Müqaviləyə əlavələr işləyib hazırlamalı və imzalamalıdırlar.

2.2 Bu Müqavilənin çərçivəsində Tərəflərdən biri fəaliyyətlər üçün təfliklər irəli sürə bilər.

2.3 Tərəflərin səlahiyyətli nümayəndələri Müqaviləni imzalayarkən hər hansı bir fəaliyyətin xüsusi detalları Müqavilənin əlavələrində göstərilə bilər

2.4 Mübadilə edilən kadrların sayı və müddəti, büdcə və maliyyə mənbələri, fəaliyyət və fəaliyyətin effektiv nailiyyəti üçün vacib maddələrlə bağlı razılıq üçün tərəflərin öhdəlikləri kimi maddələr əlavələrə daxil ola bilər.

 3.     ƏQLİ MÜLKİYYƏT

3.1 Tərəflər bu Müqavilənin imzalanmasından əvvəl yaradılmış hər bir Tərəfin əqli mülkiyyət hüquqları ilə razılaşırlar.

3.2 Bu Müqavilə çərçivəsində yaradılmış əqli mülkiyyət hüquqları əqli mülkiyyəti təsis edən Tərəflərə məxsusdur.

3.3 Müqavilə çərçivəsində Tərəflərin birgə təsis etdiyi əqli mülkiyyət ilə əlaqədar Tərəflər əqli mülkiyyətin hüquqi müdafiəsi, məxfiliyinin açılması və təmin edilməsi ilə bağlı ayrıca müqaviləni imzalamağa razıdırlar.  

 4.     MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ LƏĞVİ

4.1 Müqavilə Tərəflər imzaladığı andan qüvvəyə minir və 5 (beş) il müddətində etibarlı sayılır, lakin yazılı qarşılıqlı razılıq ilə yenilənə bilər.

4.2 Müqaviləyə edilən hər hansı dəyişiklik hər iki Tərəfin yazılı razılığı ilə olmalıdır.

4.3 Bu Müqaviləni hər iki Tərəf istənilən vaxt yalnız bir şərtlə ləğv edə bilər ki, ləğv edən Tərəf ləğv etməzdən son altı ay əvvəl öz niyyətini yazılı şəkildə bildirsin.

 

5.     SON MÜDDƏALAR

5.1 Tərəflər arasında Müqavilə ilə bağlı və ya ona aid hər hansı mübahisə və ya narazılıq yaranarsa, Tərəflər ilk əvvəl danışıqlar aparmaqla mübahisəni həll etməyə çalışmalıdırlar. Əgər mübahisə başlayan vaxtdan 30 gün ərzində danışıqlar yolu ilə həll edilməzsə, Tərəflər mübahisəni cavabdehlərin yerləşdiyi yerdə məhkəməyə vermək hüququna malikdirlər. Şübhəli sual yaranan ölkənin qanunu tətbiq olunur.

5.2 Bu Müqavilə üzrə hər iki Tərəf öhdəliklərin icrasının adlarından və loqotipindən istifadə edə bilməz.  

 

 

Kimya Texnologiyası və Metallurgiya        AMEA-nın akademik

Universiteti adından                                     M.Nağıyev adına Kataliz və Qeyri-üzvi

                                                                      Kimya İnstitutu adından

 

Prof. Dr. M.Georgiyev                                 Dilqəm Bəbir oğlu Tağıyev

KTMU-nin rektoru, Sofiya                          Direktor, AMEA-nın vitse-prezidenti

 

 

Tarix_________________                         Tarix_________________

JURNALLAR
Faydalı linklər