Xəbərlər
Novosibirsk kimyaçıları polimer kompozit materialların sintezi üçün yeni yanaşma təklif etdilər.
Fev 21, 2019 | 10:16 / Maraqlı məlumatlar
Oxunub 3327 dəfə

Karbon nanoboruları ilə polimer materialların modifikasiyası (məs. polietilenin) polimerlərin möhkəmliyini, aşağı temperatur və günəş təsirindən pozulmağa qarşı dayanıqlığını artırmağa imkan verir.

Lakin bu cür kompozitləri almaq üçün nanoboruları politilendə bərabər paylaşdırmaq lazımdır. Kiçik ölçülü  olduğu üçün və aqreqasiyaya qarşı yüksək meyilin olduğuna görə buna nail olmaq çətindir.

Katalitik polimerləşmə laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Q.K. Boreskov adına Kataliz İnstitutunun nanostrukturlaşmış karbon materiallar laboratoriyasının tədqiqatçıları polimerləşmənin titantərkibli  katalizatorun köməyi ilə, onun sintezi zamanı, polietilenin tərkibində karbon nanoboruları yerləşdirmək təklifini ediblər. Sibir kimyaçıları tərəfindən əldə olunan nəticələr yeni istehlak xassəli məqsədyönlü məhsulların yaradılması üçün də istifadə oluna bilər. Tədqiqatçılar yaxın zamanda təcrübi- konstruktor işləri mərhələsinə keçməyi ümid edirlər.

JURNALLAR
Faydalı linklər