Xəbərlər
Hidrogen almaq üçün yeni katalizator platin katalizatorundan daha üstündür
Fev 16, 2019 | 11:28 / Maraqlı məlumatlar
Oxunub 3577 dəfə

Rutenium atomlu nanohissəcikli katalizator amerikalı mütəxəssislər tərəfindən qələvili suyun elektroliz  prosesində hidrogenin alınması üçün işlənib hazırlandı.

Bilirik ki, hidrogenin alınması üçün suyun elektrokimyəvi parçalanması – təmiz yanacağın alınmasında vacib bir mərhələdir. 

Hal-hazırda bu sahədə xərclərin azaldılması üçün, bütün səylər platin katalizatorun alternativini tapmağa yönəldilmişdir. Kaliforniyanın Santa-Kruz Universitetində alimlər karbon nanomateriallarında rutenium və azotun ümidverici böyük imkanlara malik olduğu gərarına gəldilər. Elektron mikroskopiyası və materialın elementar xəritələşdirilməsi  göstərir ki, rutenium nanohissəcikləri və fərdi atomları arasında fərq var.Əsas katalitik aktivlik atomların yanında  olur. Bu alimlər üçün yenilik idi.

Sonra alimlər bu hadisənin səbəbini, materialda ruteniumun azot və karbonla necə əlaqə yaratdığını və onun, katalitik aktivliyi yaxşılaşdıraraq reaksiyanın getməsinə mane oldugunu göstərdilər.

JURNALLAR
Faydalı linklər