Xəbərlər
Foto
İnstitutda “Elm” gününə həsr olunan tədbirlər keçiriləcək
Fev 15, 2019 | 15:00 / Konfranslar, iclaslar
Oxunub 1814 dəfə

Bu gün AMEA Kataliz və Qeyti-üzvi Kimya  İnstitutunda Elmi Şuranın iclası keçirilmişdir. İclası AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev açdı. Akademik gündəlikdə duran məsələlərlə Elmi Şuranın üzlərini tanış etdi və  bildirdi ki, ilk məsələ 2019-cu ildə Institutda aparılacaq elmi-tədqiqat işlərinin planının təsdiqidir. Məsələ ilə bağlı akademik Dilqəm Tağıyev qeyd etdi ki, bu ilki planlar 5 illik  elmi-tədqiqat işlərinin davamı olmaqla bu il bitir. Mövzular şöbə və laboratoriya rəhbərlərinin  iştirakı ilə  müzakirə olunaraq təsdiq olundu. Akademik Dilqəm Tağıyev təklif olunan mövzularla  bağlı təklif və tövsiyələrini verdi.

Sonra 2019-cu il 08-09 yanvar tarixlərində keçirilmiş doktorant və dissertantların attestasiyasının nəticələri müzakirə edildi və təsdiq olundu.

Daha sonra 27 mart “Elm” gününün keçirilməsi haqqında Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq institutda keçiriləcək tədbirlər, eləcə də D.İ.Mendeleyevin dövri sisteminin 150 illik yubileyi ilə bağlı seminarın keçirilməsi və institutda “Elektron elm”-lə bağlı məsələlər müzakirə edildi və müvafiq qərarlar qəbul edildi.

JURNALLAR
Faydalı linklər