Xəbərlər
Foto
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA Qadınlar Şurasının təşkilatçılığı ilə 11 Fevral - Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunmuş "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib
Fev 11, 2019 | 16:30 / Konfranslar, iclaslar
Oxunub 5433 dəfə

İclasda AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova, AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, həmçinin elmi müəssisə və təşkilatların Qadınlar şuralarının sədrləri və üzvləri iştirak ediblər.

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunu Qadınlar Şurasının sədri Esmira Quluzadə, büro üzvü Elza Salahova, İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxs Mətanət Həmidova təmsil ediblər.

İclası akademik Nərgiz Axundova giriş sözü ilə açaraq, tarixən ölkəmizdə gender bərabərliyi məsələsinin xüsusi diqqət mərkəzində olduğunu, məhz Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verildiyini zaldakıların diqqətinə çatdırıb. O, müasir dövrdə qadınların respublikanın ictimai-siyasi həyatında, o cümlədən AMEA-nın fəaliyyətində aktiv iştirak etdiklərini, elmi, texnoloji yeniliklərə imza atdıqlarını söyləyib.

Daha sonra, AMEA Qadınlar Şurasının Sosioloji qrup rəhbəri Mahrux Nəcəfli "Elmdə Beynəlxalq Qadın və Qızlar Günü haqqında", Mənəviyyat və elm bölməsinin rəhbəri Ziba Ağayeva "Azərbaycanda elm siyasəti" və Gənclər və elm bölməsinin üzvü İlhamə Qəsəbova "Azərbaycan elmində ilklərə imza atmış qadınlar" mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələr zalda oturanlar tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. Daha sonra təşkilati məsələlərə toxunulub.

 

JURNALLAR
Faydalı linklər