Xəbərlər
Foto
6 fevral 2019-cu ildə AMEA-nın əsas binasının kiçik zalında Clarivate Analytics (Thomson Reuters) şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina tərəfindən "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr" adlı seminar keçirilib
Fev 06, 2019 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 5475 dəfə

Seminarda nüvə fizikası sahəsində 20-dən çox Web of Science indeksli məqalənin müəllifi olan İneş Kenjina "Web of Science" platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdim edilmə qaydaları, seçim meyarları və digər praktiki məsələlər haqqında məruzə edib.

Tədbirdə digər kimya institutlarının əməkdaşları ilə yanaşı institutumuzun Elmi informasiya və patent tədqiqatları şöbəsinin əməkdaşları N.Babaxanova, V.Novruzova, İctimai əlaqələr üzrə məsul şəxs M.Həmidova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ü.Məmmədova və bir sıra laboratoriyaların əməkdaşları da iştirak ediblər.

Tədbirin sonunda bu mövzuda seminarların keçirilməsinin AMEA əməkdaşları üçün vacib olduğu iştirakçılar tərəfindən vurğulandı.

JURNALLAR
Faydalı linklər