Xəbərlər
Kükürdtərkibli biomolekullu palladium birləşmələrində disulfid S-S rabitəsinin dağılması mexanizmi.
Yan 29, 2019 | 14:11 / Maraqlı məlumatlar
Oxunub 3625 dəfə

Sibir Federal Universitetinin (SFU) kimyaçıları öz həmkarları ilə birlikdə palladium ionları vasitəsi ilə 3,3'–ditiodipropion turşusunda və dl–homosistində disulfid S-S əlaqəsinin dağıdıcı disproporsiyalaşmasının mexanizmini təsvir etdilər. Bu zaman eyni element həm elektron verir, həm də alır, alınmış reaksiya məhsullarında oksidləşmə dərəcəsi dəyişilir. Tədqiqatların nəticələri Polyhedron jurnalında dərc edilmişdir.

Kükürd tərkibli biomolekullu palladium və platin kimi metalların kompleks birləşmələri bəd xassəli şişlərə qarşı işlədilən preparatların metabolizmasında əhəmiyyətli rol oynayır.

Tədqiqatların əsas müəllifi Sibir Federal Universitetinin əməkdaşı Aleksandr Petrov deyir ki, bu işdə biz spektrofotometriyadan istifadə edərək prosesi öyrənmiş, son məhsulların konsentrasiyasının dəyişməsi ilə isə, prosesi nəzarətdə saxlamışıq.

JURNALLAR
Faydalı linklər