Xəbərlər
Azərbaycan Kimya Jurnalının 4-cü sayı çapdan çıxıb
Yan 25, 2019 | 10:26 / Nəşrlər
Oxunub 4159 dəfə

Azərbaycan Kimya Jurnalının 2018-ci il üçün 4-cü sayı işıq üzü görüb. Jurnal ingilis dilində dərc edilir. Jurnalın  bu nömrəsində  nüfuzlu alimlərin kimya elminin müxtəlif sahələri üzrə məqalələri yer alıb.

Nəşrin baş redaktoru M.Nağıyev adına  Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru akademik Dilqəm Tağıyev, məsul katibi  “Elmi nəşrlər” şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Rəna Mirzəyevadır.

Azərbaycan Kimya Jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.

JURNALLAR
Faydalı linklər