Xəbərlər
Kimyaçılar kvazikristalın yeni növünü yaratdılar
Yan 16, 2019 | 13:33 / Maraqlı məlumatlar
Oxunub 3433 dəfə

Braun Universitetinin kimyaçıları tetraedr formalı kvant nöqtəsi əsasında kvazikristal yaratdılar. Hissələri bir-birinə bənzəməyən bu qəfəsvari quruluşlu strukturun aşkar edilməsinə görə Den Şextman 2011-ci ildə Nobel mükafatı aldı, yazır ScienceAlert .

Kristallar - elementlərin mümkün olan simmetriyası əsasında yaranan təkrarlanan strukturlardan təşkil olunub. Əksinə kvazikristalların hissələri bir-birinə bənzəmir və uzun müddət belə materiallar “qeyri-mümkün” sayılırdı.

Lakin Şextman onların kəşfi üçün Nobel mükafatını alandan sonra, kvazikristallar ən perspektiv materiallardan biri hesab olunmağa başladı – məsələn, onlar yanmaya davamlı və korroziyaya qarşı yeni növ örtüklərinin yaranmasında və həmçinin, işığı əks etdirən kamuflyaj yaratmaqda istifadə edilə bilər .

İndi tədqiqatçılar trapesiya şəklində olan kvant nöqtəsi əsasında kvazikristal yaratdılar. Belə kristaldakı hissəciklər bir-birinə oxşamayan strukturlar əmələ gətirir.   

Daha əvvəl, Moskva Dövlət Universitetinin kimyaçıları optik kompüter üçün ən mühüm komponentlərdən biri olan foton kristalların ucuz və yüksək dəqiqliklə istehsal etmək yolunu tapdılar.

JURNALLAR
Faydalı linklər