Xəbərlər
UNESCO: 2019-cu il kimyəvi elementlərin dövri sistemi cədvəlinə həsr olunur
Yan 14, 2019 | 11:04 / Maraqlı məlumatlar
Oxunub 4049 dəfə

Yanvarın 29-da Parisdə Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İlinin rəsmi açılışı keçiriləcək.

Bu ilin kimyəvi elementlərin dövri sistemi cədvəlinə həsr edilməsində məqsəd nəinki kimya, həmçinin fizika, biologiya və digər fundamental elmlərin əldə etdiyi uğurlarda bu cədvəlin rolunu vurğulamaqdır. 2019-cu ildə, həmçinin görkəmli rus alimi Dmitri Mendeleyevin dövri sistem cədvəlini yaratmasının 150 ili tamam olur.

Xatırladaq ki, ötən il dekabrın 20-də BMT Baş Məclisinin 74-cü plenar iclasında 2019-cu il Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli elan edilib.

Beynəlxalq ilin rəsmi açılışı dövri sistem cədvəlinin bir çox aspektlərini, tarixini, elmi tədqiqatlarda qadınların qolunu, dayanıqlı inkişafa nail olmaq baxımından elmdə qlobal tendensiyaları və perspektivləri, həmçinin elmin sosial-iqtisadi əhəmiyyəti məsələlərini müzakirə etməyə əlverişli imkan yaradacaq.

 

JURNALLAR
Faydalı linklər