Xəbərlər
Foto
“Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” lab. müdiri Zeynalov Nizami Moskva şəhərində ezamiyyətdə olmuşdur
Dek 25, 2018 | 09:59 / Mühüm hadisələr
Oxunub 810 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal polimer katalizatorları” laboratoriyasının müdiri, kimya elmləri doktoru Zeynalov Nizami Allahverdi oğlu 17.12.2018-ci il tarixindən 5 gün müddətinə Rusiya Elmlər Akademiyası akad. A.V.Topçiyev adına  Neft Kimya Sintezi İnstitutunda ezamiyyətdə olmuşdur. N.A.Zeynalovun Rusiyaya səfəri Azərbaycan Respublikasının Prezidenti yanında  Elmin İnkişafı Fondunun EİF-KETPL-2-2015-1(25)-56/22/4 saylı Qrant layihəsi çərçivəsində baş tutmuşdur. Səfər müddətində  o, institutun 8 saylı “Metalüzvi kataliz” laboratoriyasında olmuş, rəhbərlik etdiyi laboratoriyada aparılan elmi-tədqiqat işləri və texniki imkanlar barəsində ətraflı məlumat vermişdir. N.A.Zeynalovun əməkdaşları tərəfindən təbii və sintetik əsaslı hidrogellərin və nanokatalizatorların sintezi, onların əsasında dərman preparatlarının ünvanlı çatdırılmasına, eləcə də alınmış nanokatalizatorların  bir sıra neft kimya proseslərində öyrənilməsinə aid tədqiqat işlərinin birgə yerinə yetirilməsində hər iki institutun Beynəlxalq səviyyədə iştirak etməsinə aid  əməkdaşlıq imkanları müzakirə olunmuşdur. Bundan başqa birlikdə layihə hazırlamaq və təqdim etmə barəsində də ümumi razılıq əldə edilmişdir.

JURNALLAR
Faydalı linklər