Xəbərlər
Karbon qazının plastik, tikinti materialları və hətta dərmanlara çevrilməsinin ucuz üsulu tapılıb
Noy 30, 2018 | 13:27 / Maraqlı məlumatlar
Oxunub 3853 dəfə

Karbon qazı istehsalatın bir çox sahələrində tullantı kimi ortaya çıxır. O, ətraf mühiti çirkləndirir və qlobal istiləşmənin səbəblərindən biridir. Əgər biz planetimizin gələcəyinin qayğısına qalırıqsa –onda atmosferdə karbon qazının miqdarını azaltmalıyıq. Buna katalizatorların yeni növü sayəsində mümkün olmuşdur.

Nyu- Bransuikdəki Ratqer universitetinin kimya, kimyəvi biologiya, biokimya və mikrobiologiya kafedrasının professoru Çarlz Dismuksun fikrinə görə, nikel və fosfordan olan çox yayılmış və ucuz elementdən ibarət beş müxtəlif katalizatorlardan istifadə etməklə karbon qazı və suyu elektrokimyəvi yolla geniş spektrli məhsullara çevirmək olar.

Növbəti mərhələdə alimlər polimer sənayesində geniş istifadə olunan diolların istehsalı üçün  yeni texnologiyadan  istifadənin mümkünlüyünü aydınlaşdıracaqlar.

JURNALLAR
Faydalı linklər