Xəbərlər
Foto
Haddersfild Universitetinin professorunun “Nanoquruluşlu materialların analitik tədqiqatları” mövzusunda məruzəsi dinlənildi
Noy 20, 2018 | 12:36 / Konfranslar, iclaslar
Oxunub 5979 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası  akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda elmi seminar keçirildi. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutunun direktoru, akademik Dilqəm Tağıyev açdı. O, Xaddersfild Universiteti haqqında məlumat verərək bildirdi ki, bu universitetin “Materials Research” laboratoriyası Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun "Neft mən­şəli kaus­tobiolitlərdən alınan na­no­karbon ma­te­­rialları əsasında kata­li­za­tor­ların sinte­zinə və tətbiqinə dair fun­da­men­tal tədqi­qatlar" (İNTERLABCAT) beynəlxalq laboratoriyası ilə birgə elmi tədqiqat işləri aparırlar. Akademik Dilqəm Tağıyev qeyd etdi ki, Xaddersfild Universitetinin direktoru və “Materials Research” lab. müdiri professor, dr. Vladimir Mixayloviç Vişnyakovun Bakıya dəvət olunmasında məqsəd Kataliz və Qeyri-üzvi Kimya İnstitutu ilə Xaddersfild Universiteti arasında elmi əlaqələrin daha da inkişaf etdirilməsidir.

Sonra Xaddersfild Universitetinin direktoru və “Materials Research” lab. müdiri professor, dr. Vladimir Mixayloviç Vişnyakov “Nanoquruluşlu materialların analitik tədqiqatları” mövzusunda məruzə ilə çıxış etdi. Məruzə ətrafında geniş müzakirələr aparıldı, birgə elmi tədqiqatların davam etdirilməsinin zəruriliyi qeyd olundu.Müzakirələrdə AMEA-nın KEB İnstitutlarının əməkdaşları da iştirak etmişlər.

 

JURNALLAR
Faydalı linklər