Xəbərlər
AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Rəhbər Heyətin mülki müdafiə məşqi keçirilmişdir
Noy 14, 2018 | 12:02 / Konfranslar, iclaslar
Oxunub 869 dəfə

Bu gün AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Rəhbər Heyətin mülki müdafiə məşqi keçirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı tədbiri açaraq, məşqin məqsədini iştirakçılara çatdırdı.

İnstitutun mülki müdafiə qərargah rəisi İlqar Əliyev mülki müdafiə planının reallığının yoxlanılması, idarəetmə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması və rəhbər heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində məşq zamanı iştirakçıları məlumatlandırdı. Məşq zamanı İlqar Əliyev mülki müdafiə məsələləri ilə əlaqəli maraq doğuran bir çox suallara aydınlıq gətirmiş və bu sahədə hər bir əməkdaşın özünün fövqəladə hallara hazır olmasının vacibliyini diqqətə çatdırdı.

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı məşqə yekün vurdu.

JURNALLAR
Faydalı linklər