Xəbərlər
Foto
Doktorantlara verilən mövzular perspektivli sahələri əhatə etməlidir
Noy 12, 2018 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 6018 dəfə

Bu gün Elmi Şurada İnstitutun şöbə və laboratoriyaları üzrə elmi və elmi - təşkilatı hesabatların dinlənilməsi davam edib. İnstitutun direktoru akademik Dilqəm Tağıyev bildirdi ki, bu gün "Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası” və “Sorbsiya prosesləri” şöbələri üzrə “Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi”, “Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi”, “Kimya sənayesinin yan məhsullarının emalı”, “Zəhərli kimyəvi maddələrin zərərsizləşdirilməsi”, “Qeyri-üzvi sintetik sorbentlər” və “Mineral sorbentlər” laboratoriyalarının, həmçinin elmi-yardımçı qurumların (“Fiziki-kimyəvi analiz”, “Elmi-informasiya və patent tədqiqatları”, “Təhsil”, “Elmi nəşrlər”, ”Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya” şöbələri) hesabatları dinləniləcək. Sonra qeyd olunan laboratoriyaların  2018- ci il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan elmi məqalələr haqqında laboratoriya rəhbərlərinin, eləcə də elmi-yardımçı qurum rəhbərlərinin məruzələri dinlənildi və məruzələr ətrafında geniş müzakirələr  aparıldı.

Sonra Akademik Dilqəm Tağıyev yekün olaraq bildirdi ki, ümumilikdə il ərzində institutda görülən elmi-tədqiqat işlərini qənaətbəxş hesab etmək olar. Akademik qeyd etdi ki, növbəti illərdə fundamental tədqiqatlarla yanaşı əsas güc respublikaya idxal edilən kimya məhsullarının yerli istehsalına nail olmaq, filiz və tullantı filizlərdən səmərəli istifadə, alternativ enerji mənbələri, korroziya məsələləri və hidrotexniki qurğuların qorunması və s. məsələlərin həllinə yönəldilməlidir, eləcə də, kadr hazırlığına ciddi fikir verilməli, doktorant və dissertantlara verilən mövzular perspektivli sahələri əhatə etməlidir.

JURNALLAR
Faydalı linklər