Xəbərlər
Kimyaçılar fosfatların kosmik mənşəli olma ehtimalı qərarına gəldilər
Okt 05, 2018 | 14:04 / Maraqlı məlumatlar
Oxunub 3941 dəfə

Manoadaki Havay Universitetindən professor Ralf Kayzer və həmkarları təxminən beş Kelvin (- 268O C) temperaturunda və ionlaşdırıcı radiasiya təsiri altında vakuum kamera da real kosmik fəzanı simulyasiya edən şəraitdə eksperimentlər keçirmişlər. Belə şəraitdə dondurulmuş suyun və karbon qazının mikroskopik hissəcikləri fosfin hissəcikləri (hidrogen- hidrid – bütün bu birləşmələr həqiqətən kosmosda aşkar edilmişdir) ilə qarşılıqlı əlaqəyə girərək, həyat üçün zəruri olan adi orto və difosfatlar daxil olmaqla müxtəlif fosfor oksiturşuları əmələ gətirmişlər. İşin müəlliflərindən biri belə deyir: “Yer üzündə fosfin cox toksikidir. Yalnız ulduzlararası fəzada onun qeyri- adi kimyası qeyri-adi reaksiyaların meydana gəlməsinə və bioloji əhəmiyyətli molekulların yaranmasına səbəb olur”.

JURNALLAR
Faydalı linklər