Xəbərlər
Elsevier nəşriyyatında “Carbonaceous nanostructures in hydrocarbons and polymeric aerobic oxidation mediums” adlı fəsli institutumuzun əməkdaşları tərəfindən yazılan, “Fullerenes, Graphenes and Nanotubes: A Pharmaceutical Approach” məqalələr toplusu çap olunmuşdur
Sen 28, 2018 | 13:52 / Mühüm hadisələr
Oxunub 4293 dəfə

Kumolun maye fazada model oksidləşmə  reaksiyası vasitəsilə füllerenlər, karbon nanoboruları (KNB), müxtəlif quruluşlu karbon nanoliflərin antioksidləşdirici aktivliyi tədqiq edilmişdir. Oksidləşmə reaksiyalarının kinetik hesablamaları nəticəsində müəyyən olunmuşdur ki, prosesin ləngimə dərəcəsi model oksidləşmə sistemindəki bütün növ karbon nanostrukturlarının (KNS) tərkibindəki keçid metal (Co, Fe, Ni) izlərinin mövcudluğundan asılıdır. Radikalların KNS gövdəsinə birləşməsinin effektiv sürət sabitləri təyin edilmişdir. Alınan kinetik nəticələr KNS-rın yüksək səviyyədə antioksidləşdirici aktivliyə malik olduğunu və polimer kompozisiyalarının tərkibində stabilizator kimi səmərəli istifadəsi haqda göstəriş verir. Model sistemdə alınmış nəticələri təsdiq edərək, KNS-larla doldurulmuş polietilen kompozisiyalar test sınaqlarında yüksək temperatur və oksigenin təzyiqi şəraitində mükəmməl termiki və termooksidləşdirici stabillik nümayiş etdirir.

Eldar Zeynalov, Tofik Nagiyev, Jörg Friedrich and Matanat Magerramova, “Fullerenes, Graphenes and Nanotubes: A Pharmaceutical Approach”, “Elsevier” William Andrew Applied Science Publishers 2018, Pages 631-681

https://www.sciencedirect.com/science/article/pii/B9780128136911000166

 

JURNALLAR
Faydalı linklər